Gəncədə daşınmaz əmlak bahalaşıb
15 fevral 2013 20:12 (UTC +04:00)

Gəncədə daşınmaz əmlak bahalaşıb

Gəncənin daşınmaz əmlak bazarında qiymət artımı müşahidə edilir. Bu barədə APA-nın qərb bürosuna daşınmaz əmlak sahəsində çalışan “V.E.S. Expres” MMC-nin Gəncə filialının eksperti Ceyhun Əliyev məlumat verib.

 

Onun sözlərinə görə, ipoteka kreditlərinin verilməsində yaranmış fasilə Gəncənin daşınmaz əmlak bazarında durğunluğa səbəb olub: “Bu səbəbdən son bir neçə ayda şəhərin daşınmaz əmlak bazarında qiymətlər təxminən 10% artıb. Bu da şəhərdə sosial ipotekaların verilməsi ilə bağlı olub. Amma ümumilikdə götürəndə bu sahədə tam sakitlik hökm sürməkdədir. Son bir ayda 20-yə yaxın ev satılıb ki, əvvəllər bu rəqəm 40-50 təşkil edirdi”.

 

C.Əliyev bildirib ki, ipoteka kreditlərinin bərpası bazarda canlanma yarada bilər: “Lakin şəhərdə kreditlərin verilməsi yeni başladığı üçün hələ ki, irəliləyiş hiss edilmir. Hazırda Gəncənin daşınmaz əmlak bazarında 95% satıcı qismində iştirak edir. Həyət evlərinin orta qiyməti yerindən asılı olaraq 50-60 min manat, şəhərin mərkəzinə yaxın yerdə 5 otaqlı bina evinin dəyəri isə hazırda 40 min manat civarındadır”.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1033
avatar

Oxşar yazılar