Gəncə və Təbriz qardaşlaşdı
12 fevral 2015 11:00 (UTC +04:00)

Gəncə və Təbriz qardaşlaşdı

Gəncə şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyevin başçılıq etdiyi nümayəndə heyəti İranın Təbriz şəhərində səfərdə olub. Lent.az-ın məlumatına görə, Təbriz şəhər bələdiyyəsinin başçısı Sadiq Nəcəfi ilə görüş zamanı Təbriz və Gəncə şəhərlərinin qardaşlaşması barədə protokol imzalanıb.

 

3 günlük səfər müddətində Gəncədən gedən nümayəndə heyətimiz Şərqi Azərbaycanı gəzib, Təbrizdəki baş konsulluq ilə tanış olublar. Baş konsul Əli Əlizadə qonaqları mehribanlıqla qarşılayıb, gündən-günə möhkəmlənən və genişlənən işgüzar əlaqələrin hər iki ölkəyə layiqli töhfələr gətirəcəyini vurğulayıb.

 

Daha sonra böyük şair Şəhriyarın da uyuduğu şairlər məzarlığı və Seyid Həmzə İmamzadəsi ziyarət edilib, bələdiyyə muzeyi ilə tanışlıq olub.

 

Həmçinin, Təbriz Dövlət Universiteti ilə tanışlıq da baş tutub. Universitetin rektoru Məhəmmədhüseyn Somi 21 min tələbə və 750-yə yaxın professor-müəllim heyəti olan ali təhsil ocağı ilə Gəncə Dövlət Universiteti arasında tələbə-müəllim mübadiləsinin, elmi işlər üzrə birgə tədqiqatların aparılmasının önəmli olduğunu bildirib. Görüşdə əlaqələrin gücləndirilməsini nəzərdə tutan işçi qrupunun yaradılması barədə razılıq əldə edilib.

 

E. Vəliyev isə səfərin iqtisadi, elmi, mədəni əlaqələrin qurulmasına yaxşı zəmin yaratdığını söyləyib, Təbrizdən olan nümayəndə heyətini tezliklə Gəncədə görməkdən şad olacağını bildirib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 190
avatar

Oxşar yazılar