Gələn il 92 məktəb binası tikiləcək
0
0
Gələn il Azərbaycanda 92 təhsil müəssisəsi üçün yeni binanın tikintisi, 64 təhsil müəssisəsinin binasının əsaslı təmir olunması, 50 təhsil müəssisəsinin binasında isə cari təmir işlərinin aparılması nəzərdə tutulub. Lent.az-ın məlumatına görə, bu barədə Təhsil Nazirliyinin illik hesabatında qeyd olunub.
Cari ildə nazirliyin sifarişi ilə 3 dövlət təhsil müəssisəsi tikilib, 2 təhsil müəssisəsində əsaslı təmir işləri aparılıb, 94 tədris ocağı isə cari təmir edilib.
Bu il Bakıda 52 ümumi təhsil məktəbinin 104 əmək kabineti müasir tələblərə cavab verən avadanlıqlarla təmin olunub. Hazırda Bakı şəhərində yerləşən 3 internat məktəbində əsaslı təmir və tikinti işləri aparılır, 4 internat məktəbində isə 2015-ci ildə təmir işlərinin başlanılması nəzərdə tutulur.
0
0