Gazelli Group şirkəti ümummilli lider Heydər Əlirza oğlu Əliyevın anadan olmasının 90-cu ildönümünə həsr olunmuş "Heydər Zirvəsi"-nə ənənəvi yürüşdə iştirak etmişdir. Respublika Alpinist-Turist Klubun və Gazelli Group kompaniyasının iştirakı ilə tədbir çərçivəsində dəniz səviyyəsindən 3751 metr yüksəkliyində olan Böyük Qafqaz dağlarının silsiləsinin Qızıl Qaya massivində yerləşən "Heydər Zirvəsi"-nə yürüş həyata keçirilmişdir.
Qeyd edək ki, bu ənənənin tarixi 1998 ildən başlayıb. Saridan Mursaqulovun başçilıq etdiyi Azərbaycanın bir qrup alpinistləri “Qızıl Qaya” massivinin adı olmayan zirvəsinə yürüş ediblər və məhz o zirvənin adını ümumilli lider şərəfinə layiq görmüşlər. Ekspedisiya zamanı iştrakçılar zirvəyə heykəltəraş Minavər Rzayeva tərəfindən hazirlanmış Heydər Əliyevə məxsus olan barelyef ilə bürünc lövhəsi ucaldılmışdır. O ildən etibarən "Heydər Zirvesi"-nə yürüş ənənnəvi xarakter daşıyır və hər il milli liderin doğum günündə baş tutur.
Həmçinin, Gazelli Group şirkəti alpinist qrupunun üzvlərinə əfsanəvi Naftalan yağı əsasında yaradılmış, günəş şüalanmalarının bütün növlərindən etibarlı müdafiəni təmin edən SUN+ kolleksiyasını təqdim etdi. Maraqlıdır ki, 1938-ci ildə ilk günəşdən qoruyucu krem məhz alpinistlər üçün nəzərdə tutulmuşdur.
Gazelli Group kompaniyası alpinistlərə gələcəkdə yeni zirvələri fəth etməyi arzu etmışdi.