Fransanın Valenciennes Universitetinin rektoru UNEC-də olub
30 iyun 2017 10:54 (UTC +04:00)

Fransanın Valenciennes Universitetinin rektoru UNEC-də olub

0

 

 

Fransanın Valenciennes Universitetinin prezidenti, professor Abdelhakim Artibanın rəhbərlik etdiyi nümayəndə heyəti UNEC-də olub.

 

Universitetdən Lent.az-a verilən məlumata görə, rektor Ədalət Muradov bildirib ki, 20 minə yaxın tələbəsi olan ali təhsil ocağı Cənubi Qafqazın ən böyük iqtisadyönümlü universitetidir. QS-in İnkişaf Etməkdə olan Avropa və Mərkəzi Asiya Universitetlərinin reytinqində iqtisadyönümlü 4-cü universiteti olan UNEC regionun ən yaxşı 200 universiteti arasında qərarlaşıb. UNEC-in beynəlxalq əlaqələrindən danışan rektor deyib ki, burada London Universiteti/London İqtisadiyyat Məktəbinin bakalavr dərəcə proqramı, həmçinin Fransanın Montpelyer, Litvanın Nikolos Romeyros universitetləri ilə ikili diplom proqramları həyata keçirilir.

 

Valenciennes Universitetinin prezidenti, professor A.Artiba isə rəhbərlik etdiyi ali məktəbin tədris proqramları barədə məlumat verib. O, universitetdə əsasən texnoloji istiqamətdə tələbə hazırlığı həyata keçirildiyini diqqətə çatdırıb. Qonaq UNEC-lə tanışlıqdan məmnun olduğunu bildirib. “UNEC çox yaxşı universitetdir” deyən A.Artiba birgə əməkdaşlığın hər iki təhsil müəssisəsində elm və təhsil səviyyəsinin yaxşılaşdırılmasına töhfə verəcəyinə əminliyini vurğulayıb.

 

Görüşdə hər iki universitet arasında əməkdaşlıq məsələləri müzakirə olunub. Sonra əməkdaşlıq haqqında memorandum imzalanıb. Sənədə əsasən, universitetlər birgə elmi tədqiqatlar aparacaq, elmi tədbirlər təşkil edəcək, elmi nəşrlər hazırlayacaqlar. Eyni zamanda, kadr mübadiləsi, xüsusilə də müəllim mübadiləsi həyata keçiriləcək. Mübadilə çərçivəsində müəllimlərin universitet nəzdində tədqiqat aparmasına da şərait yaradılacaq. Sənəd eyni zamanda bakalavr, magistr və doktorantların mübadiləsini də nəzərdə tutur.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 388

Oxşar yazılar