Fransanın Azərbaycandakı səfiri İqtisad Universitetində olub
03 aprel 2015 10:27 (UTC +04:00)

Fransanın Azərbaycandakı səfiri İqtisad Universitetində olub

Fransanın Azərbaycandakı səfiri Paskal Mönye və Strasburq Universitetinin prezidenti Alen Beretz Azərbaycan Dövlət İqtisad Universitetində (ADİU) olub. Universitetdən Lent.az-a verilən məlumata görə, SABAH tələbələri ilə görüşən səfir iki ölkə arasında təhsil sahəsində əlaqələrin genişləndirilməsindən danışıb və bu əməkdaşlığın inkişafına hərtərəfli dəstək göstəriləcəyini bildirib.


Sonra Strasburq Universitetinin prezidenti Alen Beretz SABAH tələbələrinə “Fransada ali təhsil və tədqiqat: xarici tələbələr üçün imkanlar” mövzusunda mühazirə oxuyub. A.Beretz Fransada ali təhsil institusiyaları, yüksək keyfiyyətli tədqiqatlar, strategiyalar, tətbiq olunan son yeniliklər barədə məlumat verib.


Tədbirin sonunda Paskal Mönye və Alen Beretz tələbələri maraqlandıran sualları cavablandırıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 231
avatar

Oxşar yazılar