Fransadan ölkəmizə iribuynuzlu heyvan cinsləri gətiriləcək. Kənd Təsərrüfatı Nazirliyinin mətbuat xidmətindən Lent .az-a verilən məlumata görə, bu məsələ kənd təsərrüfatı naziri İsmət Abbasovla Fransanın kənd təsərrüfatı, qida və meşəçilik naziri Kristian le Foll ilə görüşdə müzakirə edilib. Nazir İ. Abbasov fransalı həmkarını 2013-cü ilin noyabr ayında Azərbaycanda keçiriləcək 2-ci şərab festivalına dəvət edib. K. Le Foll bu görüşün Azərbaycan və Fransa arasında kənd təsərrüfatı sahəsində əməkdaşlıq üçün yaxşı başlanğıc olduğunu bildirib.
Qeyd edək ki, azərbaycanlı nazir Fransanın aqrar elm sahəsində ixtisaslaşmış, dövlətə məxsus “Franceaqrimer” təşkilatının baş direktoru Fabien Bova ilə də görüş keçirib. Görüşdə əməkdaşlıq barədə fikir mübadiləsi aparılıb.