FHN Masallıda  maarifləndirmə mövzusunda tədbir keçirib
20 noyabr 2013 20:14 (UTC +04:00)

FHN Masallıda maarifləndirmə mövzusunda tədbir keçirib

Fövqəladə Hallar Nazirliyinin (FHN) Cənub Regional Mərkəzi ilə Masallı Rayon Gənclər və İdman İdarəsinin birgə təşkilatçılığı ilə Masallı şəhərindəki Gənclər Mərkəzində “Fövqəladə hadisələrdən müdafiə sahəsində əhalinin hazırlanmasında ictimaiyyətin rolu” mövzusunda maarifləndirici tədbir keçirilib. APA-nın cənub bürosunun məlumatına görə, tədbiri giriş sözü ilə açan Masallı Rayon Gənclər və İdman İdarəsinin rəisi Camal Manafov bu mövzuda maarifləndirici tədbirlərin zəruriliyini bildirib.

 

Daha sonra FHN Cənub Regional Mərkəzinin İctimaiyyətlə əlaqə və təbliğat sektorunun müdiri Zaur Hüseynovun “Evlərin və mənzillərin texnogen qəzalara hazırlanması”, “Kimyəvi zəhərlənmə təhlükəsi və əhalinin davranış qaydaları”, həmin sektorun baş məsləhətçisi Qadir Kazımovun “Qaz cihazlarının istismarı zamanı təhlükəsizlik qaydaları və dəm qazından zəhərlənmə halı baş verdikdə davranış formaları, Ərazi orqanları ilə iş şöbəsinin baş zabiti Telman Ağayevin  “112 xidmətinə hansı hallarda zəng etmək lazımdır?” və “Qaz cihazlarının istismarı zamanı təhlükəsizlik qaydalarına ciddi riayət edilməlidir”, Mülki müdafiə şöbəsinin zabiti Elçin Mustafayevin “Fövqəladə hadisələrə mənəvi-psixolji hazırlıq” mövzusunda məruzələri dinlənilib.

 

Tədbirdə “Dəm qazından zəhərlənmə hallarının yaranma səbəbləri”, “Hansı hallarda 112 qaynar xətlə əlaqə saxlamaq lazımdır?”, “Təbii qazdan istifadə etdikdə ehtiyatlı olun!”, “Zəlzələ vaxtı, ondan əvvəl və sonra özünə və başqalarına kömək etməyi bacar” mövzularında hazırlanmış yaddaş kitabçaları və vərəqələr paylanılıb, iştirakçıları maraqlandıran suallar cavablandırılıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1144
avatar

Oxşar yazılar