FHN kollektivi Heydər Əliyevin məzarını və Şəhidlər xiyabanını ziyarət edib
16 dekabr 2014 11:00 (UTC +04:00)

FHN kollektivi Heydər Əliyevin məzarını və Şəhidlər xiyabanını ziyarət edib

0

Fövqəladə hallar naziri, general-polkovnik Kəmaləddin Heydərovun başçılığı ilə nazirliyin rəhbər heyəti və əməkdaşları 16 Dekabr -Fövqəladə Hallar Nazirliyi işçilərinin peşə bayramı münasibətilə bu gün Fəxri xiyabanda Heydər Əliyevin və akademik Zərifə Əliyevanın məzarlarını ziyarət edib.

 

APA-nın məlumatına görə, Heydər Əliyevin məzarı önünə əklil qoyulub, Zərifə Əliyevanın məzarı üzərinə isə güllər düzülüb.

 

Daha sonra Şəhidlər xiyabanı ziyarət edilib, şəhidlərin məzarları üzərinə güllər düzülüb, “Əbədi məşəl” kompleksinin önünə əklil qoyulub.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 306

Oxşar yazılar