Fövqəladə Hallar Nazirliyinin (FHN) Dövlət Yanğından Mühafizə Xidməti (DNYX) Gəncədə əkin və meşələrin yanğın təhlükəsizliyi mövzusunda regional seminar-müşavirə keçirib.
APA-nın qərb bürosunun verdiyi məlumata görə, “Dənli və texniki bitkilərin, meşələrin yanğın təhlükəsizliyi” mövzusunda keçirilən seminar-müşavirədə respublikanın Qərb regionunun 9 şəhər və rayonundan dövlət orqanlarının, bələdiyyələrin nümayəndələri, texniki nəzarət müfəttişliklərinin, meşələrin mühafizəsi və bərpası müəssisələrinin, “Aqrolizinq” SC-nin təmsilçiləri, həmçinin kənd təsərrüfatı istehsalçıları iştirak ediblər.
Seminar-müşavirədəki çıxışlarda qarşıdan gələn mövsümdə dənli və texniki bitkilərin yığılması, daşınması, saxlanması və emalı dövründə, həmçinin meşələrdə yanğın təhlükəsizliyinin təmin olunması üçün qarşıda duran vəzifələr barədə məlumat verilib. Müşavirənin işində əkin və meşə sahələrində yanğın təhlükəsizliyi tədbirləri, yanğın təhlükəsizliyi qaydalarının pozulmasına görə hüquqi məsuliyyət, əməyin mühafizəsi və texniki təhlükəsizlik mövzuları üzrə məruzələr dinlənilib.
O da bildirib ki, 2013-cü ildə respublika ərazisində 35 ton dənli, texniki və paxlalı bitki, 2702 ton yem, eləcə də dənli, texniki və paxlalı bitkilərin əkildiyi 666 hektar sahə yanaraq məhv olub. Yem məhsullarının yanması nəticəsində 739 min manat, texniki və paxlalı bitki əkilmiş sahələrin yanması nəticəsində isə kənd təsərrüfatına 231 min manat maddi ziyan dəyib. Təəssüflə qeyd olunub ki, bu rəqəmlər 2012-ci ildə qeydə alınmış müvafiq göstəricilərdən xeyli yuxarıdır.
Müşavirədə DYNX-nin təşkil etdiyi stend və yanğınla mübarizəyə dair texniki sərgi də nümayiş olunub.