FHN-nin əməkdaşları 6 nəfəri xilas etdilər 
06 iyul 2014 21:35 (UTC +04:00)

FHN-nin əməkdaşları 6 nəfəri xilas etdilər 

Bu gün Fövqəladə Hallar Nazirliyinin (FHN) Dövlət Sularda Xilasetmə Xidmətinin (DSXX) əməkdaşları dənizdə batmaq təhlükəsi ilə üzləşmiş 6 nəfəri xilas ediblər.

 

FHN-nin Dövlət Sularda Xilasetmə Xidmətindən APA-ya daxil olan məlumata görə, bu gün Sumqayıt, Bilgəh,Şıx çimərliklərinin ərazisində ümumilikdə batmaq təhlükəsi ilə üzləşmiş 3 nəfər xilas edilib. Nardaranda xilas edilən iki nəfərdən biri çimərlik ərazisində olsa da, digəri nəzarət olunmayan ərazidə dənizə girib.

 

Daha bir nəfər isə  Mingəçevir su anbarında, “Mingəçevir” sularda xilasetmə məntəqəsindən kənarda, nəzarət olunmayan ərazidə batmaq təhlükəsi ilə üzləşib və xilas edilib. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 767

Oxşar yazılar