Bakı şəhəri Sərhədçi Olimpiya Mərkəzində 23 yaşa qədər gənclər arasında cüdo üzrə Azərbaycan çempionatı keçirilib. Lent.az-ın məlumatına görə, çempionata 36 komanda, 400 idmançı qatılıb. Yarışda Fövqəladə Hallar Nazirliyinin İdman-sağlamlıq klubunu Mülki müdafiə qoşunlarının “N” saylı hərbi hissəsinin əsgəri Cəlil Şükürov + 100 kq çəki dərəcəsində təmsil edib. O, bütün rəqiblərinə qalib gələrək fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.
Qeyd edək ki, Cəlil Şükürovun məşqçiləri Taleh Sadıqov və Rasim Babayev olub.