Fevralın 3-dən temperatur yüksələcək
31 yanvar 2013 13:47 (UTC +04:00)

Fevralın 3-dən temperatur yüksələcək

Respublika ərazisində yağıntılı hava şəraiti fevralın 3-dək davam edəcək. Fevralın 3-dən etibarən temperatur əvvəlki günlərə nisbətən yüksələcək. Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun baş hidroloqu Asif Verdiyev Lent.az-a bildirib ki, yaxın iki gündə ölkə ərazisində hava əsasən buludlu keçəcək.

 

Fevralın 1-də  Bakıda və Abşeron yarımadasında hava şəraitinin tutqun, arabir yağıntılı olacağı, günün ikinci yarısında nisbətən açılacağı gözlənilir. Mülayim şimal-şərq küləyi əsəcək. Havanın temperaturunun gecə 0-2, gündüz 2-6 dərəcə isti olacağı gözlənilir. 

 

Fevralın 2-də Bakıda buludlu hava şəraiti davam edəcək. Yağıntılı olacaq. Cənub-şərq küləyi əsəcək, günün ikinci yarısında şimal qərb küləyi ilə əvəz olunacaq. Axşam arabir güclənəcək. Havanın temperaturu gündüz gecə 0-3, gündüz 3-6 dərəcə olacaq.


Azərbaycanın rayonlarında havanın arabir yağıntılı olacağı, bəzi yerlərdə sulu qar, qar yağacağı gözlənilir. Şərq küləyi əsəcək. Havanın temperaturunun gecə 3 dərəcə şaxtadan 2 dərəcəyədək isti, gündüz 2-7 dərəcə isti, dağlarda gecə 4-9, yüksək dağlıq ərazilərdə 15-20 dərəcə şaxta, gündüz 4 dərəcə şaxtadan 1 dərəcəyədək isti olacağı gözlənilir.

 

Fevralın 2-də havanın buludlu keçəcəyi, bəzi yerlərdə arabir yağıntılar olacağı, sulu qar və qar yağacağı ehtimal olunur. Havanın temperaturu aran rayonlarında gecə 4 dərəcə şaxtadan 1 dərəcəyədək isti, gündüz 3-8, dağlarda gecə -5-10 dərəcə şaxta, gündüz 0-5 dərəcə isti olacaq.


Fevralın 1-2-də Abşeron yarımadasında iqlim normasına yaxın temperatur şəraiti, meteoroloji amillərin zəif və mülayim tərəddüdü meteohəssas insanlar üçün əsasən əlverişlidir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1412

Oxşar yazılar