
Ev heyvanları da sığortalanacaq
Aqrar sığorta üzrə təminat verilən risklərin siyahısı bəlli olub.
ONA-nın məlumatına görə, bu barədə yeni hazırlanan “Aqrar sığorta haqqında” qanun layihəsində bildirilib.
Qanun layihəsinin 5-ci maddəsində (Aqrar sığorta üzrə təminat verilən risklər) qeyd edilib ki, kənd təsərrüfatı məhsullarının istehsalçıları aqrar sığorta predmetləri üzrə aşağıdakı risklərin bir və ya bir neçəsindən sığorta qaydalarına əsasən sığortalanır:
1. Təbiət hadisələri, o cümlədən təbii fəlakətlər;
2. Yanğın;
3. Qəzalar;
4. Yoluxucu xəstəliklər və zəhərlənmələr;
5. Vəhşi heyvanları hücumu və xüsusi təhlükəli ziyanvericilərin yayılması və hücumu;
6. Üçüncü şəxslərin hərəkətləri.
Qeyd edək ki, kənd təsərrüfatı bitkiləri və bitkiçilik məhsulları, kənd təsərrüfatı heyvanları, ev quşları, arı ailələri, kənd təsərrüfatı məqsədləri ilə yetişdirilən dovşanlar, su heyvanları, dəvə, lama və dəvə quşları aqrar sığortanın predmeti sayılır.
Oxşar yazılar

Məhərrəm ayı başladı
26 iyun 2025 , 00:02
Azərbaycanda dörd günlük tətil başladı
26 iyun 2025 , 00:01
Azərbaycan Silahlı Qüvvələrinin yaranmasından 107 il ötür
26 iyun 2025 , 00:00
"Görəsən, kim məni çağırıb deyəcək ki, qohumun gəlib?" - İnternat hekayələri 4-cü hissə
25 iyun 2025 , 22:59
Müəllimlərin sertifikatlaşdırma prosesinin test imtahanı mərhələsi yekunlaşdı
25 iyun 2025 , 21:54
107 yaşlı Azərbaycan ORDUSU – Qalib və MƏĞRUR
25 iyun 2025 , 20:15
Arzuları nəhayət gerçəkləşəcək BÜRCLƏR: Siyahıda kimlər var?
25 iyun 2025 , 18:53