Ev almaq istəyən televiziya jurnalistləri üçün xəbər
03 iyul 2013 15:10 (UTC +04:00)

Ev almaq istəyən televiziya jurnalistləri üçün xəbər

Jurnalistlər üçün tikiləcək binadan ev almaq istəyən televiziya jurnalistlərinin adları artıq  Prezident Administrasiyasına təqdim olunub. Bunu Lent.az-a açıqlamasında Milli Televiziya və Radio Şurasının (MTRŞ) sədri Nuşirəvan Məhərrəmli bildirib.

 

Onun sözlərinə görə, özəl televiziya kanallarının hər biri 3 namizəd təqdim edib: “İctimai TV də ev almaq üçün 3 namizədin adını verib. AzTV isə “İdman Azərbaycan” və “Mədəniyyət” kanalı ilə birlikdə 7 nəfərin namizədliyini təqdim edib. Fərdi qaydada müraciət edənlər də var. Ona görə də namizədlərin sayını indi dəqiq demək olmaz”.  

 

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 839
avatar

Oxşar yazılar