Kür çayında biogen maddələr normadan dəfələrlə artıqdır - <span style="color:red;">RƏSMİ
29 mart 2015 12:52 (UTC +04:00)

Kür çayında biogen maddələr normadan dəfələrlə artıqdır - RƏSMİ

 

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Ətraf Mühit üzrə Milli Monitorinq Departamenti Kür və Araz transsərhəd çaylarının, həmçinin, onların transsərhəd qollarının çirklənmə vəziyyətini öyrənmək məqsədilə növbəti monitorinqləri həyata keçirib. Nazirlikdən Lent.az-a verilən məlumata görə, mart ayının II ongünlüyündə Kür çayında suyun sərfi mart ayının I ongünlüyünə nisbətən 35 m3/san artaraq 197 m3/san təşkil edib.

 

Monitorinqin nəticələrinə əsasən, Gürcüstan və Ermənistan ərazilərindən təmizlənmədən birbaşa su obyektlərinə axıdılan məişət tullantıları və sənaye müəssisələrinin çirkab sularının təsiri nəticəsində Kür çayı və onun qollarında biogen maddələrin miqdarının normadan dəfələrlə artıq olması müşahidə olunub.


Suyun tərkibindəki spesifik çirkləndiricilərdən fenollar Şıxlı-2 məntəqəsində 4.5, Ağstafaçayda 4.2, Ağstafaçay su anbarında isə 4 dəfə yol verilən qatılıq həddini (YVQH) keçib.

 
Aparılan monitorinqlərin nəticələrinə görə, fenollar Araz çayı üzrə Horadizdə 4.2, I Şahsevəndə 3.8, Bəhramtəpədə isə 3.5 dəfə YVQH-ni keçib. 
Mis birləşmələri isə Kür və Araz çayları üzrə bütün məntəqələrdə norma daxilində tərəddüd edib.


Suyun oksigen rejimi bütün məntəqələrdə 6.05-7.59 mq/l arasında olmaqla sanitar norma daxilində dəyişib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 140
avatar

Oxşar yazılar