ETSN Bakıda 32 qanunsuz ağac kəsilmə faktı aşkarladı
27 iyun 2017 12:58 (UTC +04:00)

ETSN Bakıda 32 qanunsuz ağac kəsilmə faktı aşkarladı

0

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin “Qaynar xətt”inə Xətai rayonunun Neapol küçəsi ilə Nəsrəddin Tusi küçələrinin kəsişməsində yerləşən yaşıllıq sahəsində ağacların qanunsuz kəsilməsi ilə bağlı sözügedən ünvanda yaşayan Bayram Bədəlov tərəfindən şikayət daxil olub.

 

ETSN-nin mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, şikayət nazirliyin əməkdaşları tərəfindən şikayətçinin iştirakı ilə dərhal yerində araşdırılıb. 

 

Əraziyə keçirilən baxış zamanı müxtəlif diametrli yaşköküstə 32 ədəd eldar şamı və sərv cinsli ağacların qanunsuz kəsilməsi faktı aşkar olunub. Faktla bağlı akt tərtib edilərək toplanmış sənədlər tədbir görülməsi üçün Xətai rayon polis idarəsinə göndərilib.

 

Eyni zamanda sözügedən ərazidə Bakı şəhər Yaşıllaşdırma Təsərrüfat Birliyi tərəfindən yeni ağacların əkilməsi təmin olunub. Ərazi Nazirliyin əməkdaşları tərəfindən nəzarətə götürülüb.

 

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 315

Oxşar yazılar