Əqrəbi öldürən, insanı dirildən turp – YAY MƏSLƏHƏTLƏRİ
18 iyun 2009 20:30 (UTC +04:00)

Əqrəbi öldürən, insanı dirildən turp – YAY MƏSLƏHƏTLƏRİ

Faydalı tərəvəz kimi tanınan, Türk süfrə mədəniyyətində məxsusi yeri olan turp öskürməkdən saç tökülməsinə qədər hər şeyə xeyirli təsir göstərir var.

İbn Sinanın “Tibb qanunu” kitabında turpun özəllikləri və faydası haqqında yazılanları Lent.az diqqətinizə çatdırır.

Turp

Ən güclü və xeyirli hissəsi toxumudur (çəyirdəyi). Sonra qabığı, daha sonra yarpaqları və ətli hissəsidir. Ən xeyirli forması suda qaynadılmış formasıdır. Turp yağının təsiri Hind yağı kimidir, hətta ondan da təsirlidir. Onun yabanısı digərinin bütün xüsusiyyətlərini daşıyır, ancaq digərindən daha qüvvətlidir. Kökü birinci dərəcədə rütubətlidir, toxumu üçüncü dərəcədə istidir. Turp bağırsaqlarda qaz yaradır, ancaq toxumu qazı yox edir və bağırsaqları yumşaldır. Turpun yabanısı hərarət və susuzluq yaradır. Bişmişinin (yəni suda qaynadılmışı) qida dəyəri daha çoxdur, ancaq tibbi dəyəri azdır. Turpun mərkəzində olan qismi tez kiflənir, bu da içindəki zərərli maddələrlə bağlıdır. Yazda çıxan yarpaqları zeytun yağı ilə yeyilərsə, daha çox fayda verər.

Damar və qaraciyərin dərmanı

Min bir dərdə dəva olan turp həzm və qaraciyər tıxanmalarını təsirli formada müalicə edir. Göz altında olan tünd rəngliliyə, saçların tökülməsinə, üzdə olan sızanaqlara da yaxşı təsiri olan turp bronxial xəstəliklərin dərmanıdır. Tərsikmiş öksürəkləri də müalicə edir, yara izlərini qapayır.

Gözəllik

Darı unuyla qarışdırılarsa, saç qıran və keçəllik xəstəliklərində saç çıxardır, bundan başqa iltihablı sızanaqları yaxşılaşdırır. Turp balla qarışdırılıb istifadə olunarsa, göz altının tündləşməsinədə yaxşı təsir edir.

Turpun toxumları bədəndəki çilləri, ləkələri, rəng dəyişikliklərini və zərbə izlərini yox edir. Turp toxumu, özü kükürd ilə qarışdırılıb xaricdən istifadə olunduğunda Addison xəstəliyində qara ləkələri də aparır.

Turp balla bərabər qarışdırılıb tənzifi həmin məlhəmdə isladıb qoyulduğunda xal (xoş və bəd) yaralarını da yaxşılaşdırır. Toxumu sirkə ilə qanqrena olan hissəyə vurulduğunda tamamilə yaxşılaşdırır. Bit xəstəliyinə də yaxşı təsir edir.

Hərəkət orqanları: Toxumları damarlardaki trombları yaxşılaşdırır və bundan başqa damar ağrılarına çox yaxşı təsir edir.

Baş orqanları: Baş, diş və boğaza ziyandır. Özünün suyu və yağı qulaq kiri üçün çox faydalıdır.

Nəfəsalma sistemi: Bişmiş turp, xronik və sinədə əmələ gələn ağır öskürəyə yaxşı təsir edir. Zəhərli göbələyin səbəb olduğu boğulmalara və sıxıntılara xeyirli təsiri var. Bişmiş halıyla qarqara edilərsə boğulmalara (tənginəfəslik) yaxşı təsir edər, ancaq normal boğaza zərər verə bilər.

Göz

Gözə zərərlidir, ancaq suyu gözə damcıladılarsa parladar və cilalayar, gözün iç hissəsinin altındaki izləri yox edər. Yarpaqları görməyi yaxşılaşdırır.

Həzmetmə

Yeməkdən sonra bağırsaqları yumşaldar və boşalmağını tənzim edər. Yeməkdən qabaq yeyilsə yeyəcəkləri əridər və yeməyin düzənli bir şəkildə həzm edilməsinin qarşısını alar, bu da qusmağa səbəb olar. Toxumları sirkə ilə qarışdırıldıqda həddindən çox bulanlıqlıq yaradar və qusmaqla nəticələnər. Böyrək və dalaq ağrıları üçün istifadə olunur. Dalaq şişlərini əridər. Yeməkdən sonra yeyilərsə, həzmi asanlaşdırar (əsasən yarpağı). Yarpağın suyu qaraciyərdəki tıxanmaları açar və müaslicə edər.

Zəhərlənmə

İlan çalmağına və böcək zəhərləmələrinə qarşı faydalıdır. Toxumu zəhərli həşəratlara və böcəklərə qarşı təsirlidir. Suyu əqrəbi öldürər. Özəlliklə, turp yeyən insan əqrəb sancmasından çox da zərər görməz.

Hazırladı: Səbinə Əvəzqızı

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 3362
avatar

Səbinə Əvəzqızı

Oxşar yazılar