Diasporla İş üzrə Dövlət Komitəsinin informasiya şöbəsinin keçmiş rəhbəri Elşad Miraləm yeni vəzifəyə təyin edilib. Lent.az xəbər verir ki, tanınmış jurnalist CBC telekanalının Azərbaycan redaksiyasının baş redaktoru vəzifəsinə gətirilib.
Qeyd edək ki, 14 il Diasporla İş üzrə Dövlət Komitəsində çalışan Elşad Miraləm rəhbər dəyişikliyindən sonra işdən ayrılıb.