Elşad İskəndərov Şirvan dindarları ilə görüşüb
20 aprel 2013 13:58 (UTC +04:00)

Elşad İskəndərov Şirvan dindarları ilə görüşüb

Aprelin 20-də Dini Qurumlarla iş üzrə Dövlət Komitəsinin sədri Elşad İskəndərov Şamaxıda vətəndaşlarla görüş keçirib.

 

Dövlət Komitəsinin mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, görüşə Şamaxı ilə yanaşı, Şirvan regionunun digər rayonlarından olan sakinlər də qatılıblar.

 

Elşad İskəndərov görüşə gəlmiş vətəndaşları narahat edən məsələləri dinləyib, təkliflər barəsində birgə fikir mübadiləsi aparılıb. Görüşdə dindarlar Dövlət Komitəsinin sədri ilə əsasən ibadətgahların, dini icmaların və məscidlərin qeydiyyatı məsələsi barədə söhbət aparıblar.

 

Elşad İskəndərov vətəndaşları narahat edən bütün məsələlərin tezliklə həll ediləcəyini bildirmişdir. O, Şirvan regionunda yaşayan din xadimlərinin, dini icmaların təşkilatçılığını da yüksək qiymətləndirib. Sonda vətəndaşlar tərəfindən edilən müraciətlərin həlli istiqamətində tapşırıq və tövsiyələr verilib.

 

 

 

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 636
avatar

Oxşar yazılar