Əlilliyi olan şəxslərin bütün sahələrdə olduğu kimi, reabilitasiya vasitələri ilə təminatı sahəsində də işlər son on ildə yüksələn xətlə davam etdirilib. Bu barədə Lent. az-a Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən məlumat verilib.
Cari ilin 6 ayında isə əlilliyi olan şəxslər 470 ədəd əlil arabası, 1419 ədəd protez-ortez məmulatı ilə təmin edilib.
Ümumilikdə, son 10 ildə əlillərə 8 mindən çox əlil arabası, 23582 protez-ortez məmulatı, 132300-dən çox digər reabilitasiya vasitələri verilib.