Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi daha 100 nəfər Qarabağ müharibəsi və 20 Yanvar əlilini minik avtomobilləri ilə təmin edib. Bu barədə Lent.az-a nazirlikdən məlumat verilib. Həmin şəxslərin 95 nəfəri Qarabağ müharibəsi, digərləri 20 Yanvar əlilləridir.
Beləliklə də, 2014-cü ilin 01 yanvar tarixinə növbədə dayanmış 675 nəfər Qarabağ müharibəsi və 20 Yanvar əlilindən 200 nəfəri avtomobillə təmin olunub və növbədə olan 475 nəfər vətəndaşın da cari ilin sonuna qədər xüsusi avtonəqliyyatla təminatı başa çatdırılacaq.
Tədbirdə qeyd olunub ki, bu gün verilən maşınlar da daxil olmaqla, minik avtomobili alan əlillərin sayı artıq 4 mini ötür.