Əlillər 35351 reabilitasiya vasitəsi ilə təmin edilib
02 mart 2019 17:59 (UTC +04:00)

Əlillər 35351 reabilitasiya vasitəsi ilə təmin edilib

Azərbaycan Respublikasının Prezidenti  İlham Əliyevin 23 fevral 2019-cu il tarixli Fərmanı ilə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Əsasnaməsinə edilmiş dəyişikliklərdən biri kimi reabilitasiya vasitələrinin əlilliyi olan şəxslərə yaşayış yeri üzrə verilməsini həyata keçirmək də nazirliyin vəzifələri sırasına daxil edilib. Bu barədə Lent.az-a ƏƏSMN-dən bildirilib.
 
Məlumata görə, Nazirlik yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidmətinin Protez-Ortopedik Bərpa Mərkəzi tərəfindən bir sıra hallarda əlilliyi olan şəxslərə reabilitasiya vasitələrinin onların yaşadıqları bölgələrə, hətta yaşadıqları ünvanlara aparılaraq verilməsi işləri də aparılıb. Ötən il ərzində Mərkəz əliliyi olan şəxsləri 35351 reabilitasiya vasitəsi ilə təmin edib. Onlardan bir qismi də reabilitasiya vasitələrini götürmək üçün özlərinin (və ya yaxınlarının)  Bakıya gəlmək imkanları olmayan şəxslərə səyyar xidmət formasında yaşadıqları rayon və ya şəhərə aparılmaqla, yaxud birbaşa ünvana çatdırılma qaydasında təqdim olunub. 
 
Dövlət başçısının müvafiq Fərmanı ilə nazirliyin Əsasnaməsində edilmiş dəyişikliyə uyğun olaraq, bundan sonra reabilitasiya vasitələrinin əlilliyi olan şəxslərə yaşayış yeri üzrə verilməsi sistemli xarakter alacaq, bu sahədə fəaliyyət daha da genişləndiriləcək.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1025
avatar

Oxşar yazılar