Əli Həsənov: “ Köçkünlərin yeni  qəsəbələrə köçürülməsi iki aya başa çatdırılacaq”
26 aprel 2013 14:51 (UTC +04:00)

Əli Həsənov: “ Köçkünlərin yeni qəsəbələrə köçürülməsi iki aya başa çatdırılacaq”

“Ötən il ərzində inşa edilən qəsəbələrə 20 mindən çox məcburi köçkünün məskunlaşdırılması prosesi iki aya tam başa çatdırılacaq”.


 

APA-nın məlumatına görə, bu açıqlamanı jurnalistlərə Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Əli Həsənov verib.

 

O bildirib ki, Bakı Dövlət Universitetinin yataqxanalarında məskunlaşan məcburi köçkünlərin yeni yaşayış məntəqələrinə köçürülməsi prosesi yaxın günlərdə başa çatacaq: “Daha sonra 7-ci mikrorayondakı yarımçıq tiklidə yaşayan vətəndaşlarımızın köçürülməsinə başlanılacaq. Azərbaycan Dövlət Neft Akademiyasının yataqxanalarında məskunlaşan soydaşlarımız Masazır qəsəbəsində yeni istifadəyə verilən qəsəbəyə köçürüləcək. Mingəçevir şəhərində yaxınlarda açılışı olan qəsəbəyə də köçürülmə prosesinə start veriləcək”.

 

Ə. Həsənov Qobu qəsəbəsində inşa ediləcək şəhərciklə bağlı ilkin müzakirənin keçirildiyini də xatırladıb: “İkinci müzakirə zamanı daha geniş məlumat vermək imkanımız olacaq. Bir daha vurğulayıram ki, Qobu qəsəbəsindəki yaşayış məntəqəsi müvəqqəti məskunlaşmaq üçün tikiləcək şəhərcikdir. Burada köçkünlər müvəqqəti yaşayacaq, öz doğma yurdlarına qayıtdıqdan sonra orada salınan şəhər Abşeron rayonu İcra Hakimiyyətinə və ya ölkə rəhbərinin şəxsi nəzarəti ilə vətəndaşlarımızın istifadəsinə veriləcək”.

 

Ə. Həsənov məcburi köçkünlərin kommunal borclarının ödənilməsi prosesində heç bir problemin olmadığını da söyləyib: “Kiçik problemlər köçürülmə prosesindən sonra yarana bilər. Bu problemlər də mərhələ-mərhələ öz həllini tapır”. 

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 985
avatar

Oxşar yazılar