Əli Abbasov: “Xocalını son tərk edənlər rabitəçilər olub...”
25 fevral 2013 15:41 (UTC +04:00)

Əli Abbasov: “Xocalını son tərk edənlər rabitəçilər olub...”

Bu gün Rabitə və İnformasiya Texnologiyaları Nazirliyində Xocalı soyqırımının 21-ci ildönümü ilə bağlı anım mərasimi keçirilib.

 

Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin mətbuat xidmətinin rəhbəri Müşfiq Əmirovun Lent .az-a verdiyi məlumata görə, tədbir iştirakçıları əvvəlcə faciə qurbanlarının stendi önünə tər güllər düzüblər.

 

Sonra Xocalı şəhidlərinin xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Tədbirdə çıxış edən rabitə və informasiya texnologiyaları naziri Əli Abbasov bildirib ki, Xocalı soyqırımı zamanı yaranan  rəqəmlərin hər birinin arxasında böyük faciələr, talelər durur. Onun sözlərinə görə, son illər Azərbaycanın haqq səsinin, Dağlıq Qarabağ münaqişəsi və Xocalı soyqırımı ilə bağlı reallıqların bütün dünyaya çatdırılması istiqamətində mühüm işlər görülür... ”

O, Xocalı soyqırımı zamanı şəhəri son tərk edənlərin də məhz rabitəçilər olduğunu  nəzərə çatdırıb.


Tədbirdə çıxış edən Xocalı sakinləri dövlət qayğısı ilə əhatə olunduqlarını bildiriblər, dövlət başçısına minnətdarlıqlarını ifadə ediblər. Sonda Əli Abbasov Xocalıdan olan rabitə işçiləri ilə görüşüb, problemləri ilə maraqlanaraq müvafiq tapşırıqlar verib.

 

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 758
avatar

Oxşar yazılar