Elektron Tədris Resurslarının Qiymətləndirilməsi Şurası yaradılıb
23 sentyabr 2013 14:00 (UTC +04:00)

Elektron Tədris Resurslarının Qiymətləndirilməsi Şurası yaradılıb

 

Elektron Tədris Resurslarının Qiymətləndirilməsi Şurası yaradılıb

 

 

Elektron resursların keyfiyyətinin qiymətləndirilməsi məqsədilə Təhsil Nazirliyinin nəzdində Elektron Tədris Resurslarının Qiymətləndirilməsi Şurası yaradılıb.

Nazirlikdən Lent.az-a verilən xəbərə görə, "Azərbaycan Respublikasında ümumtəhsil məktəblərinin 2005-2007-ci illər üzrə informasiya və kommunikasiya texnologiyaları ilə təminatı Proqramı" çərçivəsində Azərbaycan tarixi fənni üzrə 20 adda 37900 nüsxə elektron vəsait, kimya fənni üzrə 8 adda 15160 nüsxə elektron vəsait, biologiya fənni üzrə 12 adda 22740 nüsxə elektron vəsait və fizika fənni üzrə 3 adda 10200 nüsxə elektron vəsaitləri hazırlanıb. Yaxın illər ərzində Azərbaycanda da tədricən fərdi kompyuterlər və ya planşetlər vasitəsilə elektron dərsliklərdən istifadə ölkə miqyasında "bulud" texnologiyalara keçidi tezləşdirəcək. Belə ki, şagirdlər tədris üçün zəruri materialları və dərslikləri Məlumat və Resurs Mərkəzinin serverlərindən, yəni "Təhsil Buludu"ndan istifadə etməklə fərdi təhsil alətinə yükləyə və təhsil nəticələrini keyfiyyətli dərəcədə təkmilləşdirə biləcəklər

.

Elektron təhsil texnologiyalarının tətbiqinin artırılması üzrə fəaliyyətlər çərçivəsində elektron vəsaitlərin işlənilməsi genişlənib, elektron təhsil (e-learning) resursları bazasının əsası qoyulub, distant təhsilin inkişaf etdirilməsi üçün tədbirlər həyata keçirilib, vahid təhsil portalı yaradılıb və ölkədə interaktiv tədris imkanlarından daha geniş istifadə olunması dəstəklənib.

Hazırda Milli Təhsil Portalında (www.edu.az) 8 fənn üzrə 122 resurs mövcuddur. Bunlara fizika, kimya, biologiya, ədəbiyyat, musiqi və riyaziyyat üçün hazırlanmış dərslər daxildir. Eyni zamanda portalda Azərbaycan epistolyar irsi, Üzeyir Hacıbəylinin "Virtual muzeyi", “Azərbaycan tarixinin canlı səsləri”, "Language learning inserts", "Learning English" kimi elektron resurslarda yerləşdirilib. Bu siyahıya ibtidai siniflər üçün hazırlanmış "İnfoko" resurslarını da misal göstərmək olar. Elektron resursların keyfiyyətinin qiymətləndirilməsi məqsədilə Təhsil Nazirliyinin nəzdində Elektron Tədris Resurslarının Qiymətləndirilməsi Şurası yaradılıb.

 

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 996
avatar

Oxşar yazılar