[b]Əlavə buraxılış imtahanının nəticələri açıqlandı[/b]
18 sentyabr 2017 18:07 (UTC +04:00)

[b]Əlavə buraxılış imtahanının nəticələri açıqlandı[/b]

Dövlət İmtahan Mərkəzi (DİM) 2017-ci ildə keçirilmiş buraxılış imtahanlarında üzrlü səbəblərdən iştirak edə bilməyən şagirdlər üçün  sentyabrın 16-da keçirilən əlavə imtahanların nəticələrini elan edib. DİM-dən Lent.az-a verilən məlumata görə, imtahanda iştirak etmiş şagirdlər DİM-in internet saytı vasitəsilə nəticələri haqqında məlumatla tanış ola bilərlər. Şagirdlər iş nömrələrini mobil operatorlar vasitəsilə 7727 nömrəsinə göndərməklə də nəticələrini öyrənə bilərlər.

 

Qeyd olunub ki, imtahanın nəticələri ilə əlaqədar müraciətlərə baxılması üçün Apelyasiya Komissiyası yaradılıb. Şagirdlər Apelyasiya Komissiyasına 19 sentyabr tarixində saat 10:00-dan 17:00-dək şəxsiyyəti təsdiq edən sənədin əslini və surətini təqdim etməklə şəxsən müraciət edə bilərlər. Apelyasiya Komissiyası DİM-in Bakı şəhəri, Nəsimi rayonu, A. Salamzadə küçəsi, 28 ünvanında fəaliyyət göstərəcək.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 204
avatar

Oxşar yazılar