Baş nazir Artur Rasizadə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Kollegiyasının yeni tərkibi haqqında qərar verib. Bu barədə Lent.az-a NK-dan məlumat verilib. Qərara əsasən, kollegiyanın sədri nazir Səlim Müslümovdur.
Kollegiyanın üzvləri də məlum olub. Onlar - nazirin müavinləri İdris İsayev, Mətin Kərimli, Natiq Məmmədov, İlqar Rəhimov, Naxçıvan Muxtar Respublikasının əmək və əhalinin sosial müdafiəsi naziri Cavid Səfərov, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Aparatının rəhbəri Əjdər Cəbiyev, nazirlik yanında Dövlət Əmək Müfəttişliyi Xidmətinin rəisi Fuad Əlizadə, nazirlik yanında Dövlət Məşğulluq Xidmətinin rəisi Anar Bədəlbəyli, nazirlik yanında Dövlət Sosial Təminat Xidmətinin rəisi Çingiz Əliyev, nazirliyin iqtisadiyyat şöbəsinin müdiri Şəlalə Cəfərovadır.