Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində növbəti kadr dəyişikliyi həyata keçirilib. Nazirliyin Aparat rəhbərinin müavini Elnur Camalxanov və bir neçə məsul şəxs tutduqları vəzifədən gediblər.
Lent.az-ın AzVision.az-a istinadən xəbərinə görə, Elnur Camalxanov işdən çıxdığını təsdiq edib. O, vəzifəsindən öz ərizəsi ilə getdiyini bildirib.
“Könüllü olaraq öz ərizəmlə işdən azad olunmuşam. Bura biznes fəaliyyətindən gəlmişdim, bizneslə də məşğul olacağam”.
Qeyd edək ki, “Qafqazinfo”nun məlumatına görə, nazirin imzaladığı əmrlə nazirlik yanında Sosial Təminat Xidmətinin rəisi Asəf Əliyevin, bir neçə gün əvvəl Aparat rəhbəri vəzifəsindən azad olunaraq nazirliyin iqtisadiyyat şöbəsində işlə təmin olunan Elnur Kələntərovun də nazirlikdən uzaqlaşdırıldığı bildirilir.