Dünya Azərbaycanlı Gənclərinin II Konqresi keçiriləcək
26 yanvar 2013 22:46 (UTC +04:00)

Dünya Azərbaycanlı Gənclərinin II Konqresi keçiriləcək

Bu il xarici ölkələrdə yaşayan azərbaycanlı gənclərin fəaliyyətinin əlaqələndirilməsi məqsədilə Dünya Azərbaycanlı Gənclərinin II Konqresi keçiriləcək. BunuAPA-ya gənclər və idman nazirinin müavini İntiqam Babayev bildirib. Onun sözlərinə görə, il ərzində MDB ölkələrinin tələbələri arasında "İdeya var!" elmi-yaradıcı festivalının təqdimatı təşkil olunacaq. Beynəlxalq əlaqələrin genişləndirilməsi və Azərbaycanın beynəlxalq aləmdə təbliğatı məqsədilə bu il də xarici ölkələrin gəncləri arasında “Mən Azərbaycan haqqında nə bilirəm?” mövzusunda esse müsabiqələri və “Azərbaycanın Gənc Dostları” mübadilə proqramı həyata keçiriləcək.

 

Nazir müavini qeyd edib ki, 2012-ci ildən başlayaraq hər il xüsusi hazırlanmış internet səhifəsində Azərbaycanın "Gənclər paytaxtı"nın seçimi aparılır. Keçən il "Gənclər paytaxtı" adını Gəncə şəhəri qazanıb. Bu il səsvermə hələ də davam edir və nəticələr yanvarın 31-də məlum olacaq.

 

İ. Babayevin sözlərinə görə, 2012-ci ildən tətbiq edilməyə başlayan "Azərbaycan Tələbə Kart"ları bu il tam şəkildə tələbələrin istifadəsinə veriləcək. 2013-cü ildə daha iki kompüter oyununun ("İşğal altında - 2" və "Odlar yurdu") gənclərə təqdim olunması gözlənilir.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 624
avatar

Oxşar yazılar