Dövlət Təhlükəsizlik Xidmətinin əməkdaşları martın 17-də Azərbaycan təhlükəsizlik orqanlarının yaranmasının 99 illiyi və Novruz bayramı ərəfəsində Bakı şəhərinin Bilgəh qəsəbəsi ərazisində ağacəkmə aksiyası keçiriblər.
DTX-nın mətbuat xidmətindən Lent.az-a verilən xəbərə görə, bir hektar yarım ərazidə şəhər şəraitində əkilib-becərilməsi həm dekorativlik, həm də ekoloji baxımdan məqbul hesab edilən şam, tuya, göyrüş və digər müxtəlif növ, ümumilikdə 400-ə qədər ağac əkilib.
Doğma yurdumuzun füsunkar təbiətinin və təmiz ekoloji mühitinin qorunması və sağlamlaşdırılması işinə töhfə verilməsi istiqamətində DTX-nin əməkdaşları tərəfindən ağcəkmə aksiyaları bundan sonra da davamlı şəkildə həyata keçiriləcək.