Dövlət Sərhəd Xidməti son günlər bəzi informasiya resurslarında Gürcüstan sərhədçilərinin Samux rayonunun Burunqovaq kəndi istiqamətində sərhəd xəttini təxminən 200 metr Azərbaycan ərazisinə doğru irəli çəkmələri barədə məlumatı təkzib edib.
Lent.az-ın DSX-nin saytına istinadən məlumatına görə, bu məlumatlar həqiqətə uyğun deyil və internet resurslarında bu kimi yoxlanılmamış məlumatların yayılması yanlış fikirlərin formalaşması, həmçinin əsassız müzakirələrə şərait yaradır.