Dövlət Sosial Müdafiə Fondu (DSMF) 2011-ci ildən yeni elektron xidmət- sığortaedənlərdən hesabatların elektron formada qəbulunu həyata keçirir. Fonddan Lent.az-a verilən məlumata görə, DSMF-nin sədri Elman Mehdiyev bu xidmətin rəhbərlik etdiyi qurum tərəfindən icra edilən mühüm layihələrdən biri olduğunu bildirib: “Elektron xidmət sığortaedənlərlə D
E. Mehdiyev həmçinin, hazırda bütün ölkə üzrə iri və orta sahibkarlardan hesabatların tam elektron qaydada qəbul edilməsinin təmin olunduğunu diqqətə çatdırıb: “Kiçik ödəniş edən, mühasibatlığı avtomatlaşdırılmamış torpaq pay mülkiyyətçiləri, fərdi sahibkarıq fəaliyyəti ilə məşğul olan şəxslər isə DSMF-nin yerli şöbələrində yaradılmış “Yardım masaları”nın xidmətindən yararlanmaqla öz hesabatlarını elektron formada təqdim etmək imkanı qazanırlar. “Yardım masaları”nın fəaliyyətinin genişləndirilməsi ilə bağlı kiçik ödəniş edən sığorta edənlərin elektron hesabatlarınınsayının daha da artacağı gözlənilir”.
Elektron hesabat xidmətindən istifadə qaydaları və xüsusi proqram təminatı DSMF-nin www.sspf.gov.az; www.e-sspf.gov.az saytında yerləşdirilib. “Məcburi dövlət sosial sığortası üzrə hesabatların (B1, B2) və məcburi dövlət sosial sığorta haqqı üzrə sığortaolunanlar haqqında məlumatın (B3) elektron formada qəbulu” adlı proqramda sığortaedənlərə təklif olunan elektron xidmətlər, onlardan istifadə qaydaları öz əksini tapıb. Bura sığortaedənin DSMF orqanlarında məcburi dövlət sosial sığortası üzrə rüblük (illik) hesabatı”nın tərtibi üzrə proqram təminatından istifadə, mülkiyyətində kənd təsərrüfatına yararlı torpaq sahəsi olan şəxsin DSMF orqanlarında məcburi dövlət sosial sığortası üzrə rüblük (illik) hesabatı”nın tərtibi üzrə proqram təminatından istifadə, məcburi dövlət sosial sığorta haqqı üzrə sığortaolunanlar haqqında məlumat”ın tərtibi üzrə proqram təminatından istifadə, hesabatları və məlumatları DSMF orqanlarına elektron formada təqdim etmə daxildir.