DSMF sədri Elman Mehdiyev vətəndaşları qəbul edəcək
04 mart 2014 16:14 (UTC +04:00)

DSMF sədri Elman Mehdiyev vətəndaşları qəbul edəcək

Dövlət Sosial Müdafiə Fondunun (DSMF) sədri Elman Mehdiyev martın 12-də fondun Saatlı rayon şöbəsinin inzibati binasında Saatlı, Şirvan, Hacıqabul, Sabirabad, Salyan, Neftçala, Biləsuvar və Cəbrayıl rayonlarının sakinləri olan məcburi dövlət sosial sığorta ödəyiciləri və pensiyaçılar üçün qəbul keçirəcək. Bu barədə Lent.az-a Fonddan məlumat verilib.

 

Qəbula yazılmaq və əlavə məlumat almaq istəyən vətəndaşlar DSMF-nin info@sspf.gov.az elektron poçt ünvanı ilə əlaqə saxlaya bilərlər.

 

Qeyd edək ki, qəbulda iştirak edəcək vətəndaşların martın 12-də Fondun həmin rayon şöbələrinin inzibati binalarının qarşısından xüsusi ayrılmış nəqliyyatla DSMF-nin Saatlı rayon şöbəsinə aparılıb-gətirilmələri təmin olunacaq.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 511
avatar

Oxşar yazılar