DSMF sədri Ağcabədidə sakinləri qəbul edəcək
11 dekabr 2014 11:32 (UTC +04:00)

DSMF sədri Ağcabədidə sakinləri qəbul edəcək

0

Dövlət Sosial Müdafiə Fondunun (DSMF) sədri Elman Mehdiyev  dekabrın 17-də, saat 11:00-da DSMF-in Ağcabədi rayon şöbəsinin inzibati binasında Ağcabədi, Tərtər, Goranboy, Bərdə, Beyləqan və Laçın rayonlarının sakinləri olan məcburi dövlət sosial sığorta ödəyiciləri və pensiyaçılar üçün qəbul keçirəcək.

 

DSMF-dən Lent.az-a verilən məlumata görə, qəbula yazılmaq və əlavə məlumat almaq istəyən vətəndaşlar DSMF-nin [email protected] elektron poçt ünvanı, həmçinin aşağıdakı telefon nömrələri ilə əlaqə saxlaya bilərlər: 

 

Fondun Aparatında  (012) 434-12-34

Ağcabədi rayon şöbəsində  (02127) 5-50-54

Tərtər rayon şöbəsində  (02223) 6-34-64

Goranboy rayon şöbəsində  (02224) 5-13-00        

Bərdə rayon şöbəsində   (02020) 5-19-09  

Beyləqan rayon şöbəsində  (02122) 5-29-63 

Laçın rayon şöbəsində (02127) 7-84-28

           

Qəbulda iştirak edəcək vətəndaşların dekabrın 17-də DSMF-nin müvafiq rayon şöbələrinin inzibati binasının qarşısından xüsusi ayrılmış nəqliyyatla qəbulun keçiriləcəyi ünvana aparılıb-gətirilmələri təmin olunacaq.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 190

Oxşar yazılar