Dövlət Xidməti: Zərgərlik məmulatlarının çoxu standartlara uyğun deyil
24 aprel 2013 12:41 (UTC +04:00)

Dövlət Xidməti: Zərgərlik məmulatlarının çoxu standartlara uyğun deyil

Maliyyə Nazirliyinin Qiymətli Metallara və Qiymətli Daşlara Nəzarət Dövlət Xidmətində 2012-ci ilin yekunları müzakirə edilib.

Maliyyə Nazirliyinin mətbuat xidmətindən Lent. az-a verilən məlumata görə, edilmiş müraciətlər əsasında, sahibkarlara 1723 sayda lisenziya verilib, bununla əlaqədar 861 min 250,0 manat məbləğində dövlət rüsumu ödənilib.

Qiymətli metalların və qiymətli daşların istehsalı, emalı və istifadəsi, dövriyyəsinə  xüsusi razılığın (lisenziyanın) verilməsi üçün müraciətin və sənədlərin qəbulu Xidmətin rəsmi internet saytında yaradılmış xüsusi elektron xidmət bölməsi vasitəsilə həyata keçirilir. 
2012-ci ildə sahibkarlar tərəfindən edilmiş müraciətlər əsasında 446 sayda lisenziya verilib, 27 sayda lisenziyanın fəaliyyəti dayandırılıb,  15 sayda lisenziya ləğv edilib. Lisenziyanın alınması ilə bağlı ərizə, 15 fiziki şəxs və 25 hüquqi şəxs olmaqla, 40 sahibkar tərəfindən elektron xidmət vasitəsilə daxil olub. Keçən il xüsusi razılıq (lisenziya) ilə əlaqədar 228 min 250 manat məbləğində dövlət rüsumunun ödənilməsi təmin edilib.
Aparılmış nəzarət işlərinin yekunlarına dair müzakirə zamanı sahibkarlar tərəfindən satışa çıxarılan zərgərlik məmulatlarının əksər hallarda keyfiyyətinin standartlara uyğun olmaması, əyarların aşağı olması və hətta qiymətsiz metallardan hazırlanmasının aşkar olunması barədə məlumatlar nəzərə çatdırılıb. 67 sahibkarlıq fəaliyyəti subyektində aparılan yoxlamalar nəticəsində Xidmətə gətirilməsi təmin edilmiş zərgərlik məmulatlarının üzərində aşkar edilmiş mənşəyi məlum olmayan ad və əyar damğa izləri təmizlənib və məmulatlar əyarlarına uyğun dövlət əyar damğası ilə damğalanıb. Nəzarət işləri zamanı Xidmətə gətirilməsi təmin edilmiş dövlət əyar damğası ilə damğalanmayan zərgərlik məmulatlarına görə 415 min 644 manat məbləğində dövlət rüsumunun ödənilməsi təmin edilib.
2012-ci il ərzində ekspertiza, analiz, əyarlanma və damğalanmaya görə Xidmət tərəfindən 1 milyon 833 min 388,4 manat məbləğində dövlət rüsumunun ödənilməsi təmin olunub. Aparılan yoxlamalar zamanı Xidmətə gətirilməsi təmin edilmiş zərgərlik məmulatlarına görə ödənilən məbləğ ümumi rüsumun 22,6 faizini təşkil edir.


2012-ci il ərzində ərzində yol verilmiş nöqsanlarla əlaqədar qanun pozuntusu aşkar edilmiş sahibkarlar barədə inzibati xətalar üzrə inzibati tənbehin tətbiq edilməsi haqqında 67 sayda qərar çıxarılıb və ümumilikdə 61  min 600 manat məbləğində inzibati cərimə tətbiq edilib.
 Maliyyə Nazirliyinin Qiymətli Metallara və Qiymətli Daşlara Nəzarət Dövlət Xidmətinin müasir cihaz və avadanlıqlarla təchiz edilmiş hemmoloji laboratoriyasının fəaliyyət göstərməsi, bununla bağlı əməkdaşlarının qiymətli daşlar üzrə ixtisas və peşəkarlığının artırılması işi davam etdirilir. Bununla əlaqədar Xidmətin əməkdaşı İsraildə ezamiyyətdə olub.
Keçirilmiş əyar nəzarəti tədbirləri barədə və Xidmətin fəaliyyəti ilə bağlı hesabat xarakterli məlumatlar mütəmadi olaraq Maliyyə Nazirliyinin rəsmi internet saytında yerləşdirilir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 598
avatar

Oxşar yazılar