Dövlət sifarişli yerləri kimlər seçə bilər?
12 may 2014 16:00 (UTC +04:00)

Dövlət sifarişli yerləri kimlər seçə bilər?

 

 

Dövlət sifarişi əsasında və ya ödənişli əsaslarla qəbul aparılmasından asılı olmayaraq, ali təhsil müəssisələrinin ixtisaslar siyahısında hər bir ixtisas üzrə ümumi plan təqdim edilib. Bu barədə Lent.az-a Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının mətbuat xidmətindən məlumat verilib. Abituriyent ixtisas seçərkən müvafiq ixtisas üzrə dövlət sifarişi əsasında və ya ödənişli əsaslarla təhsil almaq istədiyini qeyd etməlidir. Hər hansı bir ixtisas üzrə həm dövlət sifarişi, həm də ödənişli əsaslarla olan yerlərin müsabiqəsində iştirak etmək istəyən abituriyent həmin ixtisasın kodunu ərizəyə iki dəfə daxil etməli və ayrılıqda bu ixtisas üzrə təhsilini dövlət sifarişi əsasında və ya ödənişli əsaslarla almaq istədiyini qeyd etməlidir. İxtisas kodlarını, onların sayını və ardıcıllığını abituriyent özü sərbəst şəkildə müəyyənləşdirir. 


TQDK tərəfindən dövlət sifarişi ilə qəbul aparılan yerləri seçmək üçün qoyulan tələbləri ödəyə bilməyən abituriyentlər yalnız ödənişli əsaslarla olan ixtisasları seçə bilərlər.

 

Dövlət hesabına ali təhsil almış abituriyentlər dövlət sifarişi ilə qəbul aparılan yerləri seçə bilməzlər. 


Əcnəbilər və vətəndaşlığı olmayan şəxslər, qüvvədə olan qanunvericilikdə və dövlətlərarası razılaşmalarda digər hallar nəzərdə tutulmayıbsa, dövlət sifarişi ilə qəbul aparılan yerləri seçə bilməzlər. 

Ali təhsil müəssisəsinə dövlət sifarişi əsasında qəbul olan abituriyent müəyyən olunmuş vaxtda qəbul olduğu təhsil müəssisəsinə tələb olunan sənədləri təqdim edib qeydiyyatdan keçməlidir. Bu zaman ali təhsil müəssisəsi ilə dövlət sifarişi əsasında təhsil alacaq şəxs (təhsilalan) arasında müqavilə bağlanır. Abituriyentlər həmin müqavilənin şərtləri ilə jurnalın bu sayında tanış ola bilərlər. 

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 927
avatar

Oxşar yazılar