Dövlət Sərhəd Xidməti şəhidləri andı
27 mart 2019 11:11 (UTC +04:00)

Dövlət Sərhəd Xidməti şəhidləri andı

“Novruz” bayramı günlərində Dövlət Sərhəd Xidmətinin hərbi hissələrində Vətəninin təhlükəsizliyi və dövlət sərhədlərinin toxunulmazlığı uğrunda rəşadət göstərərək şəhid olan qəhrəman sərhədçilər anılıb.

Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzindən Lent.az-a verilın məlumata görə, martın 21-də qəhrəman sərhədçilərdən biri - bu il martın 10-da Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının “Horadiz” sərhəd dəstəsinin Fizuli rayonunun Bala Bəhmənli kəndinin yaxınlığındakı sərhəd zastavasının xidməti ərazisində dövlət sərhədinin pozulması cəhdinin qarşısını alarkən şəhid olmuş kiçik çavuş Məmmədov Səxavət Fizuli oğlunun xatirəsinə həsr olunmuş tədbir keçirilib.

Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının “Şəmkir” sərhəd dəstəsinin ideoloji mərkəzində keçirilən və DSX aparatının rəhbər vəzifəli şəxslərinin, Səfərbəlik və Hərbi Xidmət Çağrış üzrə Dövlət Xidmətinin nümayəndələrinin iştirak etdiyi tədbirdə qəhrəman sərhədçinin şərəfli və ləyaqətli ömür yolu, Azərbaycan sərhədçisinin adına layiq xidməti haqqında geniş məlumat verilib.

Dövlət sərhədlərinin mühafizəsində qəhrəmancasına həlak olduğuna görə kiçik çavuş Məmmədov Səxavət Füzuli oğlunun Dövlət Sərhəd Xidməti rəisi general-polkovnik Elçin Quliyev tərəfindən təltif olunduğu “Hərbi xidmətdə fərqlənməyə görə” 3-cü dərəcəli medalı tədbir zamanı şəhid sərhədçinin atasına təqdim olunub.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 933

Oxşar yazılar

Bu gün 3 rayonun  işığı kəsiləcək

Bu gün 3 rayonun işığı kəsiləcək

22 aprel 2025 , 09:19
Bakının iki rayonu qazsız qalacaq

Bakının iki rayonu qazsız qalacaq

22 aprel 2025 , 09:11
Üç BÜRC tezliklə  pis xəbər   alacaq 

Üç BÜRC tezliklə pis xəbər alacaq 

22 aprel 2025 , 09:09
Bakıda bu yollarda tıxac var - SİYAHI

Bakıda bu yollarda tıxac var - SİYAHI

22 aprel 2025 , 08:19
Karyera, pul  və… 4 BÜRC üçün böyük imkanlar dövrü  başlayır

Karyera, pul və… 4 BÜRC üçün böyük imkanlar dövrü başlayır

22 aprel 2025 , 00:02
SOS : Zabratda sürət qatarının yolunu su basdı -VİDEO

SOS: Zabratda sürət qatarının yolunu su basdı -VİDEO

21 aprel 2025 , 20:23
Bu həftə əsl xoşbəxtlik tapacaq  BÜRCLƏR

Bu həftə əsl xoşbəxtlik tapacaq BÜRCLƏR

21 aprel 2025 , 18:40
Azərbaycanda 2469 nəfərə pul veriləcək

Azərbaycanda 2469 nəfərə pul veriləcək

21 aprel 2025 , 18:38