Dövlət müşaviri Masallıda ziyalılar və dindarlarla görüş keçirib
04 iyul 2014 20:06 (UTC +04:00)

Dövlət müşaviri Masallıda ziyalılar və dindarlarla görüş keçirib

Azərbaycan prezidentinin millətlərarası, multikulturalizm və dini məsələlər üzrə dövlət müşaviri Kamal Abdullayev iyulun 4-də Masallı şəhərindəki Heydər Əliyev Mərkəzində rayonun ziyalıları və dindarlarla görüşüb. APA-nın cənub bürosunun məlumatına görə, K. Abdullayev çıxış edərək etnik-dini dəyərlərin qorunmasının, Azərbaycanın multikultural, tolerant ölkə kimi dünyaya təqdim olunmasının vacibliyini vurğulayıb. O, azərbaycançılıq ideologiyasının dövlət siyasətinin əsas istiqamətlərindən biri olduğunu, ölkədə çoxəsrlik ənənələrə malik tolerantlıq mühitinin, ayrı-ayrı dinlər və etiqadlar arasında qarşılıqlı hörmət və etimada əsaslanan əməkdaşlıq münasibətlərinin hökm sürdüyünü bildirib.

 

Dövlət müşaviri iştirakçıları maraqlandıran sualları cavablandırıb.
 

Daha sonra K. Abdullayev Masallı şəhər məscidində dindarlarla görüşüb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 510
avatar

Oxşar yazılar