Dövlət Miqrasiya Xidmətinə xoş xəbər
02 mart 2013 11:17 (UTC +04:00)

Dövlət Miqrasiya Xidmətinə xoş xəbər

 

“Zabit heyətinə mənsub şəxslərə, gizirlərə, miçmanlara, müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçularına, daxili işlər, ədliyyə, gömrük, miqrasiya, feldyeger rabitəsi, fövqəladə hallar orqanlarının rəis və sıravi heyətinə mənsub şəxslərə və onların ailələrinə pensiya təyin edilib verilməsi üçün uzun müddət xidmət vaxtının hesablanması qaydası haqqında” 1992-ci il 23 noyabr tarixli 631 nömrəli qərarında dəyişiklik edib.

Lent.az-ın verdiyi məlumata görə, dəyişikliyə əsasən  Dövlət Miqrasiya Xidmətində qulluq keçən kiçik xüsusi rütbəsi olan işçilərə və onların ailələrinə də  pensiya təyin edilib verilməsi üçün uzun müddət xidmət vaxtı da ali, böyük və orta xüsusi rütbəsi olan işçilərlə eyni qaydada hesablanacaq

Nazirlər Kabinetinin 2011-ci il 2 fevral tarixli 19 nömrəli qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidmətində qulluq keçən xüsusi rütbəsi olan işçilərin xüsusi geyim forması və fərqlənmə nişanları ilə təmin edilməsi normaları”na da dəyişiklik edilib. Bundan sonra kiçik xüsusi rütbəsi olan işçilər də ali, böyük və orta xüsusi rütbəsi olan işçilər kimi dövlət tərəfindən xüsusi geyim formaları ilə təmin olunacaq.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1483
avatar

Oxşar yazılar