<b>Dövlət İmtahan Mərkəzindən</b> <span style="color:red;">XƏBƏRDARLIQ
05 iyun 2017 16:43 (UTC +04:00)

Dövlət İmtahan Mərkəzindən XƏBƏRDARLIQ

 

Dövlət İmtahan Mərkəzi ( DİM ) feysbuk istifadəçilərinə müraciət edib.

 

DİM-dən Lent.az-a verilən məlumata görə, aparılan araşdırmalar və DİM-in rəsmi feysbuk səhifəsinə ünvanlanmış çoxsaylı müraciətlər göstərir ki, feysbuk  sosial şəbəkəsində Dövlət İmtahan Mərkəzi adı ilə bir çox saxta səhifə və qruplar fəaliyyət göstərir. Həmin səhifə və qruplarda imtahanlar, qəbul kampaniyasının gedişi, eləcə də DİM-in fəaliyyətinə dair təhrif olunmuş yanlış məlumatlar yerləşdirilir, vətəndaşlar tərəfindən ünvanlanmış suallara səhv cavablar yazılır.

DİM istifadəçilərin nəzərinə çatdırır ki, qurumun bu səhifədən (https://www.facebook.com/stateexamcenter/ ) başqa heç bir rəsmi feysbuk səhifəsi fəaliyyət göstərmir. Yalnız bu səhifədə rəsmi məlumatlar verilir və istifadəçilərin suallarına doğru cavablar təqdim olunur. DİM istifadəçiləri qurumun adından yaradılmış saxta feysbuk səhifələrindən istifadə etməməyə çağırıb. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 279

Oxşar yazılar