Emin Şahbazov işdən çıxarıldı
19 mart 2015 12:03 (UTC +04:00)

Emin Şahbazov işdən çıxarıldı

0

 

Dövlət Baytarlıq Nəzarəti Xidmətinin (DBNX) rəis müavini Emin Şahbazov vəzifəsindən azad olunub.

 

Bunu Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Nəzarəti Xidmətinin mətbuat xidmətinin rəhbəri Yolçu Xanvəli “APA-Economics”ə açıqlaması zamanı bildirib.

 

“Emin Şahbazov öz ərizəsi ilə təqaüdə çıxıb. Rəis müavini postuna gələcək namizədin kimliyi isə kənd təsərrüfatı nazirinin müvafiq əmrindən sonra bəlli olacaq”, - deyə Y. Xanvəli bildirib.

 

Qeyd edək ki, DBNX-nin rəis müavini vəzifəsinin müvəqqəti icrası da heç kimə həvalə edilməyib.

 

DBNX-nin strukturunda dəyişiklik gözlənildiyini bildirən Y. Xanvəli hələ ki, bu istiqamətdə yeniliyin olmadığını bildirib.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 421

Oxşar yazılar