Dövlət Agentliyinin sədrinə əlavə səlahiyyətlər verildi
05 fevral 2013 19:54 (UTC +04:00)

Dövlət Agentliyinin sədrinə əlavə səlahiyyətlər verildi

 

Azərbaycan Respublikası prezidenti İlham Əliyev 2012-ci il 5 sentyabr tarixli 706 nömrəli fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin Əsasnaməsi”ndə və “ASAN xidmət” mərkəzlərinin fəaliyyətinin təşkili və xidmətlərin göstərilməsi Qaydaları”nda dəyişikliklər edilməsi haqqında fərman verib.

 

Lent.az-ın AzərTAC-a istinadən verdiyi məlumata görə, Agentliyin vəzifələri sırasına “ASAN xidmət” mərkəzlərində göstərilən xidmətlərin səyyar formada təşkilini həyata keçirmək daxil edilib.

 

Eyni zamanda Dövlət Agentliyinin və digər dövlət orqanlarının mərkəzlərdə fəaliyyət göstərən işçilərini vahid geyimlə təmin etməlidir.  “Dövlət Agentliyinin strukturuna daxil olmayan tabeliyindəki qurumların (hüquqi şəxslərin, təşkilatların və sair) siyahısını Nazirlər Kabineti təsdiq edir. Dövlət Agentliyinin sədri Dövlət Agentliyinin və digər dövlət orqanlarının mərkəzlərdə fəaliyyət göstərən işçilərinin vahid geyimlərinin təsvirini və daşınması qaydasını təsdiq edəcək.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1584
avatar

Oxşar yazılar