Azərbaycan Respublikası prezidenti İlham Əliyev Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi Kollegiyasının tərkibinin təsdiq edilməsi haqqında sərəncam verib.
Lent.az-ın AzərTAC-a istinadən verdiyi məlumata görə, sərəncamda qeyd edilir ki,Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri Kollegiyanın sədridir.
Kollegiyanın üzvləri isə Dövlət Agentliyinin sədrinin birinci müavini, Dövlət Agentliyinin Aparatının rəhbəri, Dövlət Agentliyinin Nəzarət və qiymətləndirmə, Sosial innovasiyalar və strateji araşdırmalar, İnformasiya texnologiyaları, Beynəlxalq və ictimai əlaqələr , İnsan resursları və təlim, təminat şöbəsinin müdirləri olacaq.