“Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi gələcəkdə Azərbaycanda fəaliyyət göstərən digər ali məktəblərlə Əməkdaşlıq Memorandum imzalaya bilər”.
Lent.az-ın məlumatına görə, bunu Agentliyin sədri İnam Kərimov jurnalistlərə açıqlamasında bildirib.
İnam Kərimov qeyd edib ki, Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyası ilə bağlı ilk belə təşəbbüs olub: “Ölkəmizdə geniş təcrübəyə, sosial innovasiyalara malik olan və elektron xidmətlərin təşkili sahəsində fəaliyyət göstərən çoxsaylı universitetlər də var. Ehtiyac olduğu təqdirdə gələcəkdə bu ənənə digər ali məktəblərlə davam etdiriləcək”