Donetskdə separatçılar prokurorluq binasını ələ keçiriblər, çoxlu yaralı var
02 may 2014 09:38 (UTC +04:00)

Donetskdə separatçılar prokurorluq binasını ələ keçiriblər, çoxlu yaralı var

Ukraynanın şərqindəki Donetsk şəhərində separatçılar prokurorluq binasını ələ keçiriblər.

 

APA TV-nin xəbərinə görə, 1 May - Zəhmətkeşlər gününü qeyd etmək üçün Lenin meydanına toplaşan rusiyameyllilər daha sonra prokurorluq binasına yürüş ediblər. Binanın qarşısına xeyli sayda polis əməkdaşı cəlb edilib.

 

Prokurorların Kiyev üçün çalışdığını iddia edən aksiya iştirakçıları polis əməkdaşlarını daşqalaq ediblər. Polisin gözyaşardıcı qaz və səs qumbaralarına əl atması gərginliyi daha da artırıb. Qarşıdurma zamanı çoxlu sayda adam yaralanıb.

 

Təxminən iki saat davam edən toqquşmalarda aksiya iştirakçıları binanın şüşələrini sındırım, içəri Molotov kokteyli atıb. Polis əməkdaşları binanın içərisinə girməyə və oradan müqavimət göstərməyə başlayıblar. Amma qısa müddət ərzində separatçılar binanı ələ keçiriblər.

 

Rusiyameyllilər polis əməkdaşlarına aid xüsusi vasitələrinə də sahibləniblər. Onlar prokurorluq binasının önündə Ukrayna bayrağına od vurublar.

 

Qeyd edək ki, Donestkdə gərginliyin hökm sürdüyü aprel ayı ərzində separatçılar yerli administrasiya, bələdiyyə və başqa dövlət binalarını ələ keçiriblər. Binalar ələ keçirilən vaxt polisin passivliyi xeyli tənqid olunmuşdu. Ukrayna prezidentinin səlahiyyətlərini icra edən Aleksandr Turçinov da polisin qətiyyəsizliyini pisləmiş və "bəzi xainlər" üzündən çarəsiz qaldıqlarını bildirmişdi.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 654

Oxşar yazılar

 Bazar ertəsi   BÜRCÜN bu əlamətlərinə möhtəşəm uğur  gətirəcək

Bazar ertəsi BÜRCÜN bu əlamətlərinə möhtəşəm uğur gətirəcək

14 iyul 2025 , 00:02
Cekpot  qazanmaq üçün   3 BÜRCƏ məsləhət

Cekpot qazanmaq üçün 3 BÜRCƏ məsləhət

13 iyul 2025 , 20:15
Qumar oynamağın cəzası nədir? - CAVAB

Qumar oynamağın cəzası nədir? - CAVAB

13 iyul 2025 , 19:47
Çimərliyə hansı qidaları aparmaq olmaz

Çimərliyə hansı qidaları aparmaq olmaz

13 iyul 2025 , 19:19
Bu gün ən çox harada isti oldu? - RƏSMİ AÇIQLAMA

Bu gün ən çox harada isti oldu? - RƏSMİ AÇIQLAMA

13 iyul 2025 , 18:52
Bu dörd tarixdə doğulan  insanlar əyilməz gücə  malikdirlər

Bu dörd tarixdə doğulan insanlar əyilməz gücə malikdirlər

13 iyul 2025 , 18:23
Qızmar diskomfort hava olacaq - XƏBƏRDARLIQ

Qızmar diskomfort hava olacaq - XƏBƏRDARLIQ

13 iyul 2025 , 15:35
İmtahanın düzgün cavabları -  VİDEO

İmtahanın düzgün cavabları - VİDEO

13 iyul 2025 , 14:34