Rezidenturaya qəbul olmaq üçün baza fənləri üzrə biliklərin qiymətləndirilməsi imtahanında iştirak etmək istəyənlər bu gündən ayın 11-dək qeydiyyatdan keçməlidirlər.
Bu barədə Lent.az-a Dövlət İmtahan Mərkəzindən məlumat verilib. Məlumatda bildirilir ki, (I mərhələ) müsabiqə şərtini ödəmiş (40 və daha çox bal toplamış) namizədlər ixtisas fənləri üzrə biliklərin qiymətləndirilməsi imtahanında (II mərhələ) iştirak etmək üçün tələb olunan məbləği (100 AZN) “Şəxsi kabinet”lərinin hesabına əlavə edib qeydiyyatdan keçməlidirlər. Qeydiyyatdan keçməyən namizədlər ixtisas fənləri üzrə biliklərin qiymətləndirilməsi imtahanına buraxılmayacaqlar.
Qeyd edək ki, biliklərin qiymətləndirilməsi imtahanı iyulun 8-də keçiriləcək.