Dini Komitəyə yeni sədr müavini təyin edildi
05 may 2014 17:04 (UTC +04:00)

Dini Komitəyə yeni sədr müavini təyin edildi

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi sədrinin yeni – üçüncü müavini də təyin edilib. Lent.az-ın modern.az-a istinadən xəbərinə görə, dövlət başçısının müvafiq sərəncamı ilə Siyavuş Heydərov Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinə yeni sədr müavini təyin olunub.

Bu gün S. Heydərovun kollektivdə təqdimatı olub. Təqdimat mərasimini millətlərarası, multikulturalizm və dini məsələlər üzrə dövlət müşaviri Kamal Abdulla keçirib. Yeni təyinatla bağlı rəsmi sərəncamın tezliklə elan olunacağı bildirilir. 

 

Lent.az-ın məlumatına görə, Siyavuş Heydərov əvvəllər Milli Təhlükəsizlik Nazirliyi sistemində çalışıb, Vergilər Nazirliyində Əməliyyat İdarəsinin rəis müavini postunu tutub.

Qeyd edək ki, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sabiq sədri Elşad İskəndərov bir neçə gün öncə - mayın 2-də vəzifədən azad edilib. Hazırda sədrin səlahiyyətlərini müvəqqəti olaraq birinci müavini Səyyad Aran icra edir. 

Komitə sədrinin daha bir müavini isə Gündüz İsmayılovdur. 

 

Prezident İlham Əliyev aprelin 15-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin əsasnaməsinə dəyişiklik edib. Dəyişiklik nəticəsində komitə sədrinin müavinlərinin sayı 3-ə çatıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2396
avatar

Oxşar yazılar