DİN bələdiyyə seçkisi ilə bağlı tədbir keçirib
13 dekabr 2014 15:44 (UTC +04:00)

DİN bələdiyyə seçkisi ilə bağlı tədbir keçirib

0

Bu gün Gəncə şəhər Baş Polis İdarəsində dekabrın 23-nə təyin edilmiş bələdiyyə seçkiləri ərəfəsində və səsvermə günü asayişin mühafizəsi, ictimai qaydanın və təhlükəsizliyin təmin edilməsi istiqamətində daxili işlər orqanları əməkdaşlarının xidməti fəaliyyətinin daha da təkmilləşdirilməsinə həsr olunmuş zona seminar-məşğələsi keçirilib. Daxili İşlər Nazirliyindən Lent.az-a verilən məlumata görə, tədbirdə respublikanın Qərb və Aran bölgələrinin ərazi polis orqanlarının xidmət üzrə rəis müavinləri və ictimai təhlükəsizlik qurumlarının rəisləri iştirak ediblər.

 

Daxili İşlər Nazirliyi Baş İctimai Təhlükəsizlik İdarəsinin şöbə rəisi, polis polkovniki  Elşad Məmmədov, Mərkəzi Seçki Komissiyasının hüquq şöbəsinin müdiri İradə Hacıyeva və MSK-nın üzvü İlham Məmmədov seminar-məşğələdə çıxış edərək seçkilər ərəfəsində və səsvermə günü ictimai asayişin və təhlükəsizliyin təmin edilməsinə cəlb olunmuş polis əməkdaşlarının qarşısında duran vəzifələrdən danışıb və tədbir iştirakçılarının suallarını cavablandırıblar.

 

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 251

Oxşar yazılar