Dilçiliyin İnkişafına dair proqramın icrası ilə bağlı yeni İşçi Qrup yaradıldı
05 iyul 2013 15:00 (UTC +04:00)

Dilçiliyin İnkişafına dair proqramın icrası ilə bağlı yeni İşçi Qrup yaradıldı

Kamal Abdulla İşçi Qrupuna cəlb olunmuş bəzi təşkilatların nümayəndələrinin iclasda iştirak etmədiyindən şikayətləndi

 

 

Ölkə prezidentinin “Azərbaycan dilinin qloballaşma şəraitində zamanın tələblərinə uyğun istifadəsinə və ölkədə dilçiliyin inkişafına dair Dövlət Proqramının təsdiq edilməsi haqqında” imzaladığı sərəncamının icrasını həyata keçirmək məqsədilə  Humanitar və İctimai Elmlər Bölməsinin akademik-katibi, AMEA-nın müxbir üzvü Kamal Abdullanın sədrliyi ilə yaradılan yeni İşçi Qrupun növbəti iclası keçirilib.

 

Lent.az-ın verdiyi məlumata görə, İşçi Qrupunda Xarici İşlər Nazirliyinin Linqvistik təminat idarəsinin rəisi Almaz Məmmədov, Təhsil Nazirliyinin baş məsləhətçisi  Əsgər Quliyev, Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin Beynəlxalq Əlaqələr və Hesablaşma Mərkəzinin Linqvistik texnologiyalar üzrə proqram direktoru Əbülfət Fətullayev, Ədliyyə Nazirliyinin Qanunvericilik Baş İdarəsi Sosial normativ aktlar idarəsinin aparıcı məsləhətçisi Aygün Şahbanova, Milli Televiziya və Radio Şurasının sədr müavini professor Qafar Cəbiyev, Əmlak Məsələləri Dövlət Komitəsinin Daşınmaz Əmlakın Kadastrı və Texniki İnvertarlaşdırma Mərkəzinin Ünvan Reyestr şöbəsinin mütəxəssisi Rəvan Salahov, Diasporla İş üzrə Dövlət Komitəsinin nümayəndəsi Dərya Aşurova, Müəllif  Hüquqları Agentliyinin Əsərlərin qeydiyyatı və hüquq şöbəsinin müdiri Xudayət Həsənli, Humanitar və İctimai Elmlər Bölməsinin elmi katibi Elnarə Əliyeva, baş mütəxəssisi, fil.ü.e.d. Həbib Zərbəliyev, mütəxəssisi Əsmər Bəşirova, Dilçilik İnstitutunun nümayəndələri - professor Azad Məmmədov, filologiya elmləri namizədləri Məsud Mahmudov, İlham Tahirov təmsil olunurlar.

 

Kamal Abdulla  Dövlət Proqramın əhəmiyyətindən və İşçi Qrupun 2012-ci ildəki fəaliyyətindən danışıb.  Kamal Abdulla İşçi Qrupunun yeni tərkibini, o cümlədən Proqramın icrası ilə bağlı AMEA-ya cəlb olunmuş Təhsil Nazirliyində şöbə müdiri vəzifəsində çalışmış professor Həbib Zərbəliyev və Azərbaycan Dillər Universitetinin kafedra müdiri, professor Azad Məmmədovu təqdim edib. Kamal Abdulla onların İşçi Qrupla birgə koordinasiya işinin təşkil olunmasında birbaşa iştirak edəcəklərini bildirib. Sərəncamın icrası ilə bağlı əsas məsuliyyətin AMEA-nın və Nəsimi adına Dilçilik İnstitutunun üzərinə düşdüyünü söyləyən Kamal Abdulla Dilçilik İnstitutunun yeni strukturunun Dövlət Proqramının tələblərinə uyğunlaşdırılacağını bildirib və İşçi Qrupuna cəlb olunmuş bəzi təşkilatların nümayəndələrinin iclasda iştirak etmədiklərini təəssüf hissi ilə qeyd edib.

 

 

Dövlət Proqramının icrasına məsul şəxs olan Həbib Zərbəliyev həcmcə çox böyük olan proqramın hissə-hissə müzakirə ediləcəyini nəzərə çatdırıb, treninq qruplarının tərkibinin müəyyənləşdiriləcəyi haqqında məlumat verib.
 

Sonra Qafar Cəbiyev MTRŞ-də artıq sərəncamın icrasına başlanıldığını, bununla əlaqədar Dilçilik İnstitutunun nümayəndələri tərəfindən treninqlər həyata keçirildiyini qeyd edib. Kamal Abdulla treninqlərin mükəmməl səviyyədə keçirilməsi üçün Dilçilik İnstitutunda tədris proqramı hazırlanmalı olduğunu vurğulayıb. İclasda çıxış edən Nazirlər Kabinetinin Elm, mədəniyyət, xalq təhsili və sosial problemlər sektorunun müdiri Elxan Bağırzadə müzakirə olunan məsələləri qənaətbəxş hesab edərək, Dövlət Proqmınının tam həcmdə realizasiyasını təmin etmək üçün bütün təşkilatları üzərlərinə düşən vəzifələrin icrasına məsuliyyətli yanaşmağa çağırıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 711

Oxşar yazılar